"Rusiya və ABŞ arasında Suriya münaqişəsinin həlli istiqamətində əldə edilən razılıq müsbət addımdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter deyib. Onun sözlərinə görə, Pentaqon bu razılaşmanı dəstəkləyir:
"Biz üzərimizə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirəcəyik. Sentyabrın 12-də əldə edilmiş atəşkəs razılaşmasına ciddi şəkildə riayət olunur".
Samir