Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını iddia edib.
Teleqraf.com “Hürriyət”ə istinadla xəbər verir ki, Jirinovskinin sözlərinə görə, amerikalılar yenidən Türkiyəyə qarşı xain plan həyata keçirməyə çalışdı, amma alınmadı.
Vladimir Jirinovski Rusiya ilə Türkiyənin Qərblə əlaqələrdə bəzi problemlərlə qarşılaşdıqlarını xatırladıb. Onun fikrincə, Moskva-Ankara yaxınlaşması iki ölkəni daha da gücləndirəcək.
Rusiyanın çevriliş cəhdi sonrası Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini deyən rusiyalı siyasətçi bundan əvvəl ABŞ-ın Türkiyəyə qarşı 4 dəfə çevriliş cəhdi etdiyini söyləyib: “ABŞ həyasızcasına Ərdoğanı devirməyə çalışdı, öncəki 4 cəhd də belə olmuşdu. Ancaq beşincisi uğurlu alınmadı. Çünki Ərdoğan güclü liderdir”.
Kəmalə