18 Sentyabr 2016 13:10
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avqust ayında nikaha daxil olmaq istəyən cütlüklərdən icbari tibbi müayinə zamanı 17 nəfərdə QİÇS, 92 nəfərdə sifilis xəstəliyi, 672 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb”.

Bu barədə AzVision.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, 9 cütlüyün hər ikisində talassemiya aşkar edilib: “Avqust ayında 17 min 526 nəfər nikaha daxil olmaq istəyən şəxsin icbari tibbi müayinəsi həyata keçirilib. Ötən ilin iyun ayından cari ilin sentyabr ayına kimi 186 min 564 nəfər tibbi müayinədən keçib. Onlardan 8 min 711 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb. 70 cütlüyün hər iksində qan xəstəliyi aşkar edilib. Bu günə qədər 695 nəfərdə siflis, 125 nəfərdə isə QİÇS aşkarlanıb”.


Müəllif:

Oxşar xəbərlər