İran ABŞ-ın Suriyanın Kobani bölgəsində hökumət qüvvələrinə aid hərbi bazanı vurmasına münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasımi danışıb.
Onun sözlərinə görə, ABŞ bununla İŞİD terror təşkilatını dəstəklədiyini bir daha sübut edib: “Bu, Suriyanın müstəqilliyinə və suverenlik hüquqlarına ziddi addımdır. Hücum əldə edilən atəşkəs razılaşmasını təhlükə altına qoyur və terror təşkilatlarının güclənməsinə xidmət edir”.
Qeyd edək ki, ABŞ hərbi hava qüvvələri Kobanidə rejim ordusuna 4 aviazərbə endirib. Nəticədə də 60-dan çox əsgər ölüb, 100-dən çoxu isə yaralanıb. Artıq ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı Suriya ordusunun mövqelərinə zərbələr endirməsini etiraf edib, yalnız bunun səhvən baş verdiyini açıqlayıb.
Samir