Nyu-Yorkda keçirilən BMT Baş Assableyasının 71-ci sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Ukrayna prezidentinin rəsmi saytı məlumat verib. Görüş zamanı əsas müzakirə mövzusu Krım məsələsi olub. Ərdoğan bu məsələdə Ukraynanı dəstəkləyəcəyinə söz verib:
"Prezident Ərdoğan əlavə edib ki, bundan sonra da Türkiyə ərazi bütövlüyü və suverenliyi məsələsində Ukraynaya dəstəyini nümayiş etdirəcək".
Liderlər həmçinin, investisiya və ticarət məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin işçi qrupunun görüşü ilə bağlı razılığa gəliblər.
Samir