Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Ermənistan və Azərbaycan prezidentlərini qəbul etməyə hazır olduğunu bəyan edib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, Olland bu fikirləri Ermənistanın müstəqillik günü münasibəti ilə Sarkisyana göndərdiyi məktubunda bildirib:
"İcazə verin, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sabit həlli istiqamətində sadiq olduğumu təsdiqləyim. Uzun müddət davam edən bu münaqişənin həlli prosesinin irəliləməsi ilə bağlı tədbirlərin müzakirəsi üçün görüşü Parisdə təşkil etməyə hazıram".
Samir