“Suriyada atəşkəs razılığının xilas edilməsi üçün hərbi təyyarələr ölkənin əsas bölgələri üzərində uçuşları dayandırmalıdır”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli iclasda bildirib:
“Mən inanıram ki, gərginliyin azaldılması və humanitar yardımın maneəsiz çatdırılmasına imkan yaradılması məqsədilə ölkənin əsas bölgələri üzərindən uçan bütün təyyarələrin yerə enməsinə çalışmalıyıq”.
Onun sözlərinə görə, bu qadağa Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələrin “Nusra Cəbhəsi”nə qarşı əməliyyatlar bəhanəsi ilə mülki vətəndaşları hədəf alması kimi gördüyü işin qarşısının alınmasına kömək edə bilər.
Kerri əlavə edib ki, Suriyada münaqişənin bundan artıq pisləşə bilməyəcəyini düşünənlər yanılır. O bildirib ki, Cenevrədə iki həftə bundan əvvəl Rusiya və ABŞ arasında əldə olunmuş atəşkəs planı qüsurlu olsa da, bundan daha yaxşı nəticəyə gətirib çıxaracaq başqa real alternativ mövcud olmayıb.
Samir