Suriyadakı terror qruplaşmaları ilə mübarizə hökumətlə əlaqəli şəkildə aparılmalıdır, əks təqdirdə bu vəziyyəti daha da gərginləşdirəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Suriya XİN rəhbəri Valid Müallem deyib.
Nazirin sözlərinə görə, Dəməşq beynəlxalq ictimaiyyətin terrorla mübarizəyə yönəlmiş bütün səylərini daim alqışlayır.
“Əlaqələdirmənin olmaması suverenliyin pozulması və açıq müdaxilə deməkdir. Əlaqələdirmənin olmaması əməliyyatların aparıldığı ərazilərdə vəziyyəti daha gərginləşdirəcək”, - deyə Muallem bildirib.