İran İnqilab Keşikçiləri Qvardiyasının Hava-Kosmos qüvvələrinin komandiri, general Əmir Əli Hacızadə bəyan edib ki, ölkəsinin 2 min kilometlik hədəfləri vuracaq raketlərə ehtiyacı yoxdur.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən general Hacızadə bəyan edib ki, hədəfləri İsraildir: “Buna görə 2 min kilometrlik mənzilli silahlara ehtiyacimız yoxdur.
Ehtiyac olan ən uzun mənzil - işğal edilən torpaqlara qədər çatacaq raketlərdir. Buna uyğun olan raket və mərmilər də varımızdır”.
Cavad