27 Sentyabr 2016 18:28
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası region ölkələri, o cümlədən Türkiyə üçün təhlükə yaradır”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Vyanada keçirilən Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin konfransında deyib.

O bildirib ki, “Metsamor” seysmoaktiv zonada yerləşir: “Bu stansiya bağlanmalıdır. Çernobıl qəzasından sonra dünya və region yeni atom fəlakətinə yol verə bilməz. “Metsamor” 47 il əvvəl inşa edilib. Bu stansiya Türkiyədən cəmi 16 km aralıda yerləşir. Ümumiyyətlə, ömrünü başa vurmuş stansiyaların hərtərəfli yoxlanılmasına ehtiyac var”.

Samir


Müəllif:

Oxşar xəbərlər