30 Sentyabr 2016 09:44
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama ilə Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Teleqraf.com Ağ Evin rəsmi saytına istinadən xəbər verir ki, liderlər danışıqlar zamanı Suriyadakı vəziyyəti və Ukrayna böhranını müzakirə ediblər. Obama və Merkel Rusiya ilə Suriya hökumətinin Hələb hücumlarını kəskin şəkildə qınayıblar.

Bundan başqa, liderlər Suriyadakı qarşıdurmaların sona çatdırılması və mühasirə altındakı bölgələrə Birləşmiş Millətlər Təşkilatının humanitar yardımlarının göndərilməsiylə bağlı Rusiya və Suriyanın xüsusi məsuliyyət daşıdığını söyləyiblər.

Daha sonra Ukrayna məsələsinə toxunan Obama Almaniya və Fransa rəhbərliyilə Rusiya və Ukraynanın da daxil olduğu "Normand dördlüyü"nün mövcud səylərini dəstəklədiyini bildirib.

Almaniya kansleri Merkel Rusiya prezidenti Vladimir Putinə də zəng edərək, Ukrayna və Suriya məsələlərini müzakirə edib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin və Merkel Ukraynanın şərqindəki son vəziyyət və Minsk razılaşması çərçivəsində davam edən proseslərdən danışıblar. Suriya mövzusuna gəlincə, Putin ABŞ-ın Suriyadakı müxalifəti terrorçu qruplardan ayırd etməsinin vacibliyini söyləyib.

Samir


Müəllif: