1 Oktyabr 2016 15:34
2 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan siyasətçiləri Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın 1923-cü ildə bağlanmış “Lozanna” müqaviləsi və məhz bu müqaviləyə görə bir sıra adaların Yunanıstana verildiyi haqda tənqidi fikirlərini şərh ediblər.

Teleqraf.com xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmisi jurnalistlərə açıqlamasında 1923-cü ildə əldə edilən “Lozanna” anlaşmasına tərəflərin hörmətlə yanaşmalı olduğunu vurğulayıb.

Adı çəkilməyən nazirlik rəsmisi əlavə edib ki, “Lozanna” müqaviləsi heç bir halda qüvvədən düşə bilməz, hər kəs bu anlaşmaya ehtiramla yanaşmalıdır. Nazirlik nümayəndəsi qeyd edib ki, bütün tərəflər beynəlxalq hüquqa və anlaşmalara sayğı nümayiş etdirməlidir.

Mövzu ilə bağlı açıqlama verən yunan siyasətçiləri də “Lozanna” müqaviləsinin gündəmə gətirilməsini təhlükəli hesab edirlər. Onların fikrincə, bu, Kipr münaqişəsinin həllinə mənfi təsir edə bilər.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər