Ağ Evdə Suriyanın hökumət qüvvələrinə qarşı aviahücumların təşkili ilə bağlı müzakirələr başlanır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Washington Post" nəşri etibarlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, müzakirələrdə milli təhlükəsizliyə cavabdeh olan yüksək rütbəli məmurlar iştirak edir: "ABŞ Milli Təhlükəsizlik orqanları artıq bir neçə həftədir Suriyada böhranın həlli istiqamətində mümkün addımları müzakirə edirlər. Hazırda bu məsələ Ağ Evdə müzakirəyə çıxarılacaq və sonda ABŞ prezidenti Barak Obama qəbul edilən qərarla bağlı məlumatlandırılcaq".
"Washington Post" nəşri hesab edir ki, bütün müzakirələrə baxmayaraq, Obama radikal qərarlar qəbul etməyəcək. Mənbə bildirib ki, məmurlardan biri aviahücumları gizlin formada həyata keçirməyi təklif edib: "Onun fikrincə, bu, BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan endiriləcək hava zərbələri zamanı tənqiddən yayınmağa imkan verəcək".
Samir