8 Oktyabr 2016 17:56
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə tarix boyu nə qədər xəyanət və kürəyə saplanan xəncərlər gördü, amma fətullahçıların törətdiyi xain çevriliş cəhdi kimi hadisə ilə qarşılaşmadı”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Özəl televiziya kanallarından birinə gündəmlə bağlı açıqlamalar verən N.Kurtulmuş ən azı 40 ildir dövlətin bütün qurumlarına daxil olan, özünü gizlədən, yanlış təbliğat aparan, hərbi diktatorluğa cəhd edənlərin hamısının təmizlənəcəyinə işarə edib.

Baş nazir müavini televiziya proqramında Suriya və İraq müharibələrinə də toxunub və bu ölkələrdəki döyüşləri “Suriyada ABŞ-la Rusiyanın güc döyüşü adlandırıb”.

Nazir müavini deyib: “Suriyada döyüşlər son həddə çatıb. ABŞ və Rusiya arasında qarşıdurma cüzi məsafədədir. Hər biri öz gücünü nümayiş etdirmə mübarizəsi aparır. Amma bunun sonu yoxdur, bu, dayandırılmalıdır. Suriyada, İraqda təcili sülh prosesi başlanılmalı, ölkələr İŞİD-in təhdidindən qurtarılmalı, yerli xalqlar artıq ev-eşiklərinə qayıtmalıdır”.

N.Kurtulmuş Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı da əsas gündəmin Suriya mövzusu olacağını, ortaq bir nöqtəyə gəlmək yollarının müzakirə ediləcəyini bildirib və deyib: “Heç bir ölkənin – nə Rusiya, nə də ABŞ-ın Suriyada təkbaşına sülh əldə etmək gücü yoxdur. Bunu bu qədər açıq söyləyirəm”.

İraq hökumətinin Mosul yaxınlığındakı Başika düşərgəsi ilə əlaqədar bəyanatı barədə isə Türkiyə baş nazirinin müavini deyib: “Bunu ciddi qəbul etmirik. Mosul terror təşkilatı İŞİD-dən qurtarılmayınca Türkiyə yerli xalqa hərbi təlim və dəstək verəcək. Türkiyə Mosul xalqına kömək üçün Mosuldadır. Bu dünən də belə idi, bu gün də belədir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər