Gürcüstanda parlament seçkiləri ilə əlaqədar keçirilən “exit-pol”ların nəticəsi açıqlanıb.
Teleqraf.com-un Gürcüstan KİV-ə istinadən xəbərinə görə, OBQ, GDS, “İmedi” və Maestro televiziya şirkətlərinin sifarişi əsasında TNS şirkətinin keçirdiyi “exit-pol”un nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası 53,8 faiz, müxalifətdən olan “Vahid Milli Hərəkat” partiyası isə seçicilərin 19 faizinin səsini qazanıb.
Nəticələrə əsasən, yalnız bu iki partiya parlamentdə mandat əldə edə bilib.
Nihad