9 Oktyabr 2016 14:01
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onun üzünə yumruq atmaq istərdim”

Oskar ödüllü kinoaktyor Robert De Niro ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı videoçıxışında respublikaçı namizəd Donald Tramp haqda sərt ifadələr işlədib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, o, hətta "Trampın üzünə yumruq atmaq istərdim" deyib.

"Gələcəyin üçün səs ver" (Vote Your Future) adlı kampaniya çərçivəsində hazırlanan videoda De Niro sabiq xarici işlər naziri Colin PauellinTrump haqda dediyi "O, bu ölkə üçün utanc qaynağı, milli bir fəlakətdir" sözlərini xatırladıb. Məşhur aktyor bildirib ki, Tramp nə danışdığını bilmir: "İnsanların üzünə necə yumruq atmaq istədiyi haqqındamı danışır? Mən onun üzünə yumruq atmaq istərdim".

Tramp haqqında "əttökən axmaq", "donuz" və "avara" kimi ifadələr işlədən De Niro çıxışında ABŞ-ı idarə edə biləcək adamın Trump olmadığını deyib: ""O, bizim prezident kimi görmək istədiyimiz adamdırmi? Xeyr. Bu ölkənin gələcəyi mənim üçün əhəmiyyətlidir və Donald Tramp kimi biriylə səhv istiqamətdə getmə ehtimalından çox çox narahatam".

73 yaşlı məşhur aktyor vətəndaşlara "Gələcəyinizi əhəmiyyət verirsizsə, səs verin" çağırışı edib.

Videoda Edvard Norton, Samuel Cekson, Culia Roberts və Emma Stone kimi məşhurların da çıxışı yer alıb. Bu ulduzların isə De Niro kimi öz siyasi fikirlərini dilə gətirmədiyi və Tramp əleyhinə hər hansı bir sərt ifadə işlətməmələri diqqət çəkib.

Nihad


Müəllif:

Oxşar xəbərlər