9 Oktyabr 2016 18:12
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hakkari bölgəsinin Şemdinli ərazisindəki Şemdinli-Yüksekova yolunda yerləşən hərbi postun qarşısında ağır terror aktı törədilib.

Teleqraf.com Anadolu agentliyinə istinadla yazır ki, avtomobilə yüklənmiş partlayıcının işə salınması nəticəsində 10 əsgər və 8 mülki şəxs həlak olub, 26 nəfər yaralanıb.

Bu bölgədəki Çukurca rayonunda törədilmiş digər terror hücumunda daha bir əsgər həlak olub.

Bildirilir ki, Çukurcada keçirilən aniterror əməliyyatlarında 8 terrorçu zərərsizləşdirilib. Bundan başqa, ərazidəki mağaralardan birində 4 terrorçunun cəsədi aşkarlanıb.

Bölgədə havadan dəstəklənən geniş miqyaslı əməliyyatlar davam edir.


Müəllif:

Oxşar xəbərlər