Gürcüstan parlamentinə keçirilən seçkilərlə əlaqədar səslər hesablanıb.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Yeni parlamentdə hakim “Gürcü arzusu” 48,8%, “Vahid Milli Hərəkat” Partiyası 27,1% və “Vətənpərvərlər Alyansı” 5,006% təmsil olunacaqlar.