Əfqanıstanın paytaxtı Kabul şəhərində Aşura gecəsinin qeyd olunduğu ziyarətgahda atışma olub.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 14 nəfər dünyasını dəyişib.
İlkin məlumata görə, üç naməlum şəxs ziyarətgaha gələnləri güllələyib. Nəticədə 14 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Silahlılar hadisə yerindən qaça biliblər.