ABŞ ordusu Yəmən ərazisini atəşə tutub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyinin sözçüsü Piter Kuk məlumat verib.
Onun sözlərinə görə, atəş zamanı husilərə məxsus 3 hədəf məhv edilib. Kuk bildirib ki, hücum ABŞ prezidenti Barak Obamanın razılığı ilə həyata keçirilib.
Nazirliyin sözçüsü hücumun səbəblərini də açıqlayıb: "ABŞ-a məxsus gəmilər bu bölgədən tez-tez atəşə tutulur. Bu hadisələrə cavab olaraq, nazirlik belə bir addım atdı".
Qeyd edək ki, oktyabrın 11-də Yəmən sahillərində ABŞ hərbi gəmisinə doğru iki raket atılıb. Pentaqonun məlumatına görə, raketlər Yəməndə husilərin nəzarətindəki ərazilərdən atılıb
Samir