Bağdadda terrorçu-kamikadzenin insan izdihamı yaşanan yerdə özünü partlatması nəticəsində 31 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
"Report" "Press TV"yə istinadən xəbər verir ki, partlayış yerli sakinlərin Məhərrəm ayındakı faciə ilə əlaqədar tədbir keçirdikləri çadırın içərisində törədilib.
Çadır İraq paytaxtının şimalında yerləşən Şaab rayonundakı bazarda yerləşib.