15 Oktyabr 2016 20:35
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində 4.8 bal gücündə zəlzələ olub.

Teleqraf.com-un türk mediasına istinadən verdiyi məlumata görə, zəlzələ şəhərin ətrafında, o cümlədən İstanbulun Anadolu hissəsində, Qara dəniz və Mərmərə dənizində hiss olunub. Kandilli Rəsədxanasının məlumatına görə, zəlzələ Qara dənizin 11.4 km dərinliyində reallaşıb. Zəlzələnin Bolqarıstanda da müşahidə edildiyi bildirilir.

Amerikanın Geologiya Araşdırma Qurumu zəlzələnin 5.3 bal gücündə olduğunu açıqlayıb.

Qeyd edək ki, bu gün Türkiyənin Manisa vilayətinin Akhisar rayonu ərazisində iki dəqiqə fasilə ilə 4,1 və 4,2 bal gücündə iki zəlzələ baş verib.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər