15 Oktyabr 2016 23:14
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kanzas ştatında Qarden Siti şəhərində məscidi partlatmaq istəyən 3 nəfər saxlanılıb.

Teleqraf.com-un məlumatına görə, “Xaçlılar” adlı təşkilatın üzvləri Sotis Alen, Qavin Rayt və Patrik Stein adlı üç amerikalı Somalidən olan miqrantların sıx yaşadığı bina və məscidi partlatmaq istəyib.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında deyilir ki, üç amerikalı binaların dörd tərəfində bomba yüklü vasitələr yerləşdirərək binanı yerlə-yeksan etməyi planlaşdırıblar. Lakin onların terror cəhdinin qarşısı alınıb.

Qeyd edək ki, 27 min əhalisi olan Qarden Sitidə 120 nəfər somalili miqrant yerləşib.

Kəmalə


Müəllif: