16 Oktyabr 2016 15:15
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın 34 yaşlı səhiyyə naziri Yuras Pojela mədaəaltı vəzin iti iltihabı xəstəliyindən (pankreatit) vəfat edib.

Teleqraf.com report-a istinadən xəbər verir ki, bu haqda Litav parlamenti sədrinin müavini Alqirdas Sisas bildirib.

İnformasiyaya görə, o, mədəaltı vəzin iltihabı diaqnozu ilə cari ilin avqustunda xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəstə olmasına baxmayaraq, bu ilin oktyabrın 9-da keçirilən parlament seçkisində partiya siyahısı ilə deputat seçilib.

Qeyd edək ki, Yuras Pojela Litva Sosail –demokrat Partiyasının üzvü olub.


Müəllif:

Oxşar xəbərlər