66 yaşlı azərbaycanlı qadını Türkiyədə birlikdə yaşadığı şəxs qətlə yetirib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Balıkəsirin Bigadiç qəsəbəsində 68 yaşlı Ş.F. 4 aydır birlikdə yaşadığı Azərbaycan əsilli Türkiyə vətəndaşı Səmayə K. ilə dünən mübahisə edib.
Qısa müddətdə mübahisə şiddətlənib və Səmaya K. evi tərk etmək istəyib. Ş.F. şərflə Səmayə K.-nı boğub.
Hadisədən sonra polis idarəsinə gedən cinayətkar törətdiyi əməli etiraf edərək təslim olub.
Kəmalə