19 Oktyabr 2016 11:30
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hazırki prezidenti Barak Obamanın qardaşı Malik Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın seçkiqabağı kampaniyası çərçivəsində Las-Veqasda keçiriləcək son debatda iştirak edəcək.

Teleqraf.com “Nyu York Post”a istinadən xəbər verir ki, hazırda Vaşinqtonda yaşayan Malik Obama Trampa səs verəcəyini qeyd edib: “Çox şadam ki, debatda olacağam. Hesab edirəm ki, Tramp yenidən Amerikanı hegemon dövlətə çevirə biləcək”.

Qeyd edək ki, bir müddət öncə Tramp Barak Obamanın qohumlarından biri ilə görüşəcəyini bəyan etmişdi.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər