23 Oktyabr 2016 16:55
1 122

Rusiyannı Omsk şəhərində Ermənistan vətəndaşının qətlində şübhəli bilinən qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı Nikita Fedonenko saxlanılıb.

Bu barədə oktyabrın 23-də, “SuperOmsk” nəşri xəbər verir.

Rusiya İstintaq Komitəsinin Regional İdarəsinin rəsmi nümayəndəsi Larisa Boldinova nəşrə bildirib ki, faktla bağlı RF CM-nin 11-ci maddəsinin dördüncü bəndi (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) əsasında cinayət işi qaldırılıb.

L.Boldinova qeyd edib ki, 22 yaşlı Fedonenko 32 yaşlı Vaqe Zalibekyanı ölümcül döyüb. Fedonenko və Zalibekyan arasında mübahisənin hansı səbəbdən yaranması hələlik məlum deyil.

“SuperOmsk” agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, döyüşçünün evində axtarış zamanı “skinxedlərin istifadə etdiyi alətlər” aşkarlanıb. (Oxu.az)


Müəllif: