24 Oktyabr 2016 23:51
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Moskvanın cavabı asimmetrik olacaq".

Teleqraf.com "Ria Novosit" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xaric işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Moskva ABŞ üçün "silsilə tədbirlər" hazırlayıb: "ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasəti uzun müddətdir davam edir. Biz bu vaxtı təhqiqat aparmaq və yeni tədbirlər hazırlamaq üçün istifadə etdik".

Qeyd edək ki, bir müddət əvvəl Ağ Ev ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək üçün avropalı həmkarları ilə müzakirələr apardığını açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər