25 Oktyabr 2016 17:48
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərkük ətrafında İraqın edam olunan prezidenti Səddam Hüseynin yaxın qohumları həbs edilib. Onlar İŞİD-ə qarşı aparılan əməliyyat zamanı saxlanılıb. Qeyd olunur ki, Səddam Hüseynin bir çox qan qohumu İŞİD sıralarına qoşulub, bəziləri isə bu şəbəkənin yüksək idarəçiliyində mühüm postlar tutur.

Teleqraf.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kürdüstan Demokrat Partiyası Kərkük asayiş müdiri Helo Necat bildirib ki, Kərkük və onun ətrafında cümə günü başlayan əməliyyatlar davam edir. Onun sözlərinə görə, cümə günündən bu yana başlanan əməliyyatlar zamanı 75 İŞİD üzvü öldürülüb, 30 nəfər isə terrorçuluqda şübhəli bilinərək həbs edilib.

Kərkük şəhəri və ətraf qəsəbələrin polis rəisi Serhad Qədr isə Dakuk mahalında başlanan təmizlik əməliyyatlarında İraqın keçmiş lideri Səddam Hüseynin dayısı oğlu Nizar Hamudun həbs edildiyini bəyan edib.

Polis rəisi Nizar Hamudun qardaşının da Havice mahalına bağlı Təşad nahiyəsində İŞİD mənsubu olduğunu bildirib. Bundan başqa qeyd edilib ki, Havice mahalı və Riyaz nahiyəsində həyata keçirilən əməliyyatlarda Səddam Hüseynin İŞİD rəhbərliyində olduğu bildirilən əmisi oğlu Hişam, Müeyyed və Musenna Hamudun axtarılırlar.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər