27 Oktyabr 2016 15:25
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda biz Əl-Baba doğru irəliləyirik. Əl-Babdan sonra Rakka və Münbiçe doğru gedəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan deyib.

Türkiyə prezidenti əlavə edib ki, oktyabrın 26-da ABŞ prezidenti Barak Obama ilə telefon əlaqəsi saxlayıb və bəzi məsələləri müzakirə edib: “Hansı addımlar atacağımızı Obama ilə paylaşdıq. PYD və YPG kimi şəbəkələrə ehtiyacımız yoxdur. Gəlin, sizlərlə birlikdə Rakkanı İŞİD-dən təmizləyək, dedim. Sincarda mübarziəni davam etdirəcəyik. Sincarın yeni bir Kandil ola bilər. Biz buna heç bir halda imkan verməyəcəyik”.

Ərdoğan təəssüflə deyib ki, Telaferdə türkmənlər iki hissəyə bölünüb: “Hazırda orada məzhəb qarşıdurması mövcuddur. Məzhəblərin üzərində bir İslam var. Mən onları birləşməyə çağırıram”.

Cavad


Müəllif:

Oxşar xəbərlər