27 Oktyabr 2016 20:39
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının döyüşçülərinin girovluğundan qaçan iki yezidi qadın Avropanın ən məşhur insan haqları mükafatının qalibləri olub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Nadia Murad Basee və Lamiya Aji Bashar 2014-cü ildə İŞİD terrorçuları tərəfindən qaçırılmışdı.

Sovet alimi və dissidenti Andrey Saxarovun xatirəsinə həsr olunan bu mükafat 1988-ci ildən bəri hər il fikir azadlığına görə verilir. Mükafatın bu il üçün final nominantları həmçinin Krım tatarları lideri Mustafa Cemilov və Türkiyənin Cumhuriyet qəzetinin redaktoru Can Dündar olub.

Samir


Müəllif:

Oxşar xəbərlər