30 Oktyabr 2016 09:23
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Türkiyəyə səfər etməyi planlaşdıran və orada işgüzar səfərdə olan vətəndaşlarına xəbərdarlığın müddətini uzadıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəbərdarlığa əsasən, İstanbuldakı diplomatların ailələrinə yenidən ABŞ-a qayıtmaq tövsiyə edilib.


Xatırladaq ki, sentyabrın 24-də Dövlət Departamenti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ölkəni tərk etmiş amerikalı diplomatların ailələrinə Türkiyəyə dönməyə icazə verib. Lakin, Dövlət Departamenti bundan əvvəl, avqustun 29-da Türkiyədən getməsi tövsiyə olunan diplomatların siyahısını genişləndirib.


Bu dəfə isə tövsiyə yalnız İstanbuldakı baş konsulluğa aid edilib. ABŞ-ın Türkiyədəki digər diplomatik missiyalarına bu tövsiyə şamil edilməyib.

Bununla belə, Dövlət Departamenti Türkiyəyə səfər etməyin təhlükəli olduğunu qeyd edib.


“Terrorçu qruplaşmalardan gələn təhlükə bütün ölkədə artmaqdadır. Xüsusən də ölkənin cənub-şərq rayonlarına səfərlərdən yayınmaq lazımdır”, - deyə məlumatda bildirib.


Müəllif: