Terrorçular Hələbin cənub-qərbində, hərbi akademiya rayonunda Suriya hökumət qoşunlarının mövqeyini zəhərli qaz mərmiləri ilə atəşə tutub.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, terrorçular kustar üsulla hazırlanan raketlərdən istifadə ediblər. "Hələlik onların hansı kimyəvi maddədən istifadə etdiklərini deməyə çətinlik çəkirik", - Suriyalı hərçilər "RİA Novosti"yə bildirib.
Hazırda hərbi akademiyanın yerləşdiyi Əl-Əsəd rayonunda terrorçularla Suriya ordusu arasında ağır döyüşlər gedir. Onlar minalanmış avtomobil və "canlı bombalar"dan istifadə edirlər.
Hərbi kəşfiyyatın məlumatına görə, humanitar pauzadan istifadə edərək, Hələbin cənu və şimalındakı mövqelərinə 8 mindən artıq döyüşçü yerləşdirə bilib. Onlar Hələbin şərqindəki mühasirəni yarmağa cəhd edirlər. Burada onların tərəfdarlarının böyük qüvvəsi yerləşir. Bəşər Əsədin adını daşıyan hərbi akademiya terrorçuların əlinə keçəcəyi təqdirdə onlar Hələbin qərb hissəsini tamamilə nəzarət altında saxlaya biləcəklər.
Nihad