Yəməndə ölkənin su sərhədlərinə qanunsuz daxil olan İran gəmisi saxlanılıb.
Bu barədə Yəmənin SABA agentliyi məlumat yayıb.
Gəmi Ədən körfəzi yaxınlığında saxlanılıb. Heyət üzvləri dindirilmək üçün Sokotra rayonundakı 1-ci Dəniz Piyada Briqadaları Komandanlığına təslim edilib.
İran tərəfi hadisə ilə bağlı hələ ki, bir açıqlama verməyib.
\Report\