Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Xalqların Demokratik Partiyasının (HDP) deputatlarının saxlanılması ilə bağlı açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nazir əməliyyatın qanunçərçivəsində aparıldığını bildirib:
"Dəvət edirik, gəlmirlər, bu zaman nə etməliyik? Məcbur gətirməliyik. Bugünkü əməliyyat qanun çərçivəsində həyata keçirilib".
Bozdağ Diyarbəkirin Bağlar rayonundakı partlayışla da bağlı məlumat verib: "Bağlar rayonunda avtomobilin partladılması zamanı çox sayda dinc sakin yaralanıb, polis və mülki sakin şəhid olub. Biz terrorla mübarizəni davam etdirəcəyik və bununla bağlı bütün dünya ölkələri ilə əməkdaşlıq etməyə çalışırıq. Dünya İŞİD terror təşkilatı ilə mübarizədən geri çəkilsə, Türkiyə geri çəkilməcəyək".
Samir