Nigeriyanın şimal-şərqində radikal "Boko haram" qruplaşması üzvləri ilə toqquşma nəticəsində ən azı 5 hərbçi həlak olub.
"Report" xəbər verir ki, bu barədə şənbə günü ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Sani Osmana istinadən AFP məlumat yayıb.
"Cümə günü axşam "Boko haram" yaraqlıları ordunun Mallam-Fatoridəki 119-cu batalyonuna hücum ediblər. Əsgərlər terrorçuların hücumunun qarşısını alaraq onların 14 nəfərini məhv ediblər. Təəssüf ki, biz də 1 zabit və 4 əsgərimizi itirmişik, 4 nəfər yaralanıb", - deyə o əlavə edib.