İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasından geri alınması üzrə artıq iki həftədir davam edən əməliyyatlar zamanı ABŞ 16 hərbçisini itirib, daha 27 hərbçi yaralanıb.
Bu barədə TASS-a Moskvadakı hərbi-diplomatik mənbə məlumat verib.
"Mosulun geri alınması üzrə quru əməliyyatlarının ilk iki həftəsi ərzində 16 Amerika hərbçisi ölüb, 27-si yaralanıb. Ölüm və yaralanma hallarının əksəriyyəti minaya düşmə, yaxud artilleriya və minaatanlardan açılan atəş nəticəsində qeydə alınıb", - deyə mənbə bildirib.
Mənbə, həmçinin qeyd edib ki, hərbçilərdən ikisi ABŞ-ın "B-52H" təyyarələrinin Mosul ətrafına endirdiyi zərbələr zamanı ölüb.
\Report\