9 Noyabr 2016 17:23
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peru şamanları dəfçalan və müxtəlif gözmuncuğulardan, ovsunlayıcı daşlardan istifadə etməklə Lima çimərliyində ABŞ prezidentliyinə namizədlərin portretləri ilə ritual keçiriblər.

Teleqraf.com-un məlumatına görə, ritualın məqsədi ABŞ seçicilərinə yeni dövlət başçısını seçməkdə kömək etməkdən ibarət olub.

Sosial şəbəkədə yayımlanan videoda görünür ki, yerdə Klintonun əsas rəqibi Donald Trampla yanaşı, Rusiya prezidenti Vladimir Putinin və onun venesuelalı və kolumbiyalı həmkarları Nikolas Maduro və Xuan Manuel Santosun portretləri var. Onların bu ayində hansı rol oynadıqları məlum deyil.

Səxavət


Müəllif: