BMT-nin insan hüquqları üzrə ali komissarlığı Mosulda İŞİD-in xainlik və əməkdaşlıqda ittiham etdiyi 40 vətəndaşı öldürdükdən sonra cəsədlərini elektrik dirəklərindən asdığını bəyan edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Reuters xəbər agentliyi İŞİD terrorçularının edam etdiyi həmin şəxslərin fotoşəkillərini əldə edib.
İŞİD edam etdiyi vətəndaşların cəsədlərini elektrik dirəklərindən asıb. Onalra üzərində “İraq təhlükəsizlik güclərinin agenti və xain” yazılan narıncı rəngə geyim geydirilib. Bundan başda İŞİD-in mobil telefon qadağasına uyğun gəlməyən telefon gəzdirdiyi səbəbindən daha bir vətəndaşı öldürdüyü xəbəri yayılıb.
BMT-nin insan hüquqları üzrə Ali Komissarlığı bəyan edib ki, İŞİD qaçırdığı bir çox xanımları təşkilat üzvlərinin xidmətinə verib. Yerdə qalan xanımları isə konvoylarda istifadə edib. BMT-nin insan hüquqları üzrə ali komissarlığı hesab edir ki, İŞİD insanların nisbətən kompakt yaşadığı ərazilərə kimyəvi hücumlar təşkil edə bilər.
NEMƏT