ABŞ-da noyabrın 8-də keçirilən və respublikaçı namizəd Donald Trumpun zəfəriylə nəticələnən prezident seçkisinin ardından FETÖ ilə Klinton arasındakı "hədiyyə əlaqəsinin" detalları ortaya çıxıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, daha əvvəl də Klintona hədiyyə etdiyi və yaxın əlaqə qurmaq üçün səy göstərdiyi bilinən FETÖ-nün 2016-ci il prezident seçkilərindən öncə Klintonun seçki kampaniyasına hansı səviyyədə yardım etdiyi araşdırılıb.
Fərqli adlar üzərindən hədiyyə edildiyi üçün FETÖ-nün seçkidə Klintona nə qədər maliyyə yardımı etdiyi dəqiq olaraq təsbit edilməsə də, Demokratlar Partiyasına yaxın bir qaynaq rəqəmin 2 milyon dollar ətrafında olduğunu ifadə edib.
Nihad