Fırat Qalxanı hərəkatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Hələbin şimal-şərqində terror təşkilatı İŞİD-in nəzarətində olan Əl-Bab mahalına hücuma keçib.
Teleqraf.com-un Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbərinə görə, Mare-Cerablus istiqamətindən cənuba doğru son 3 gündür irəliləyən Azad Suriya Ordusu əməliyyatın yeni mərhələsinə başlayıb.
Terror təşkilatı PKK-nın Suriya qolu olan PYD döyüşçülərinin Bab mahalına yaxınlaşması səbəbindən 02.00 radələrində hərəkətə keçən Azad Suriya Ordusu Hazvan, Süsyan, Aldana, Kıyran, Uglan və başqa kəndləri İŞİD-dən alıb.
Beləcə, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusunun Əl-Baba çatmasına 2 kilometr məsafə qalı.
Fırat Qalxanı hərəkatı çərçivəsində təxminən 1600 kvadrat kilometrlik ərazi terrorçulardan alınıb.
Nihad