13 Noyabr 2016 15:14
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya sahillərində 7,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bildirib.

Yeraltı təkanlar yerli vaxtla saat 11.02-da Amberley şəhərindən 63 km şərqdə və 93 kilometr Kraystçerç şəhərindən 63 km şimal-şərqdə baş verib. Zəlzələnin ocağı səkkiz kilometr dərinlikdə yerləşir.

Ölən və yaralananlar haqqında məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Nihad


Müəllif: