16 Noyabr 2016 12:35
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PYD təşkilatı Menbiçi tərk edib, Fərat çayının şərqinə doğru geri çəkiləcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obamanın İŞİD ilə mübarizə məsələsi üzrə xüsusi nümayəndəsi Brit Makqark deyib.

Onun sözlərinə görə, PYD-nin geri çəkilməsi yerli qüvvələrin Menbiçdə nəzarəti tam ələ almasından sonra başlayacaq: "Türkiyə PKK-nı terror təşkilatı kimi tanıyır. Suriyada fəaliyyət göstərən PYD/YPG məsələsində Ankara və Vaşinqton arasında uzun müddətdir gərginlik yaşanırdı. Türkiyənin "qırmızı xətt" elan etdiyi "YPG-nin Fəratın qərbinə çəkilməsi" şərtini yaxın vaxtlarda gerçəkləşdirəcəyik".

Samir


Müəllif:

Oxşar xəbərlər