17 Noyabr 2016 16:28
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənab Prezident, mən burada bütün Konqres iştirakçıları adından danışmaq istərdim. Biz Konqresdə Sizin dünənki nitqinizin təəssüratları altındayıq və fikrimcə, hər bir iştirakçı xüsusilə Sizin ingiliscənizə valeh olub. Yəqin, buradakı həmkarlarım üçün də maraqlıdır ki, Sizin ingiliscəniz necə olur ki, bu səviyyədədir. Bu, bir möcüzədir".

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal bu fikri Azərbaycan Prezidenti İlham Əliyevin Konqres iştirakçılarından bir qrupu ilə görüşündə səsləndirib.

Görüş iştirakçılarının bir çoxunun Azərbaycana son üç ildə bir neçə dəfə səfər etdiyini diqqətə çatdıran Klayv Marşal dövlət başçısına müraciətlə deyib: “Biz Bakıdakı inkişaf proseslərini görməkdən çox məmnunuq və Siz dünənki nitqinizdə bu barədə danışdınız. Bizim həmkarlarımızın bir hissəsi Azərbaycanın müxtəlif yerlərində, kiçik kəndlərdə, o cümlədən Qafqaz dağlarında yerləşən, əgər düz tələffüz edirəmsə, Xınalıq kəndində olub. Bizi orada qonaqpərvərliklə qarşıladılar, səhər yeməyi verdilər və bu, bizdə Sizin ölkənizlə bağlı dolğun təəssürat yaratdı”.


Müəllif:

Oxşar xəbərlər