Udmurtiyada 7-ci sinif şagirdi pnevmatik tapançadan açdığı atəşlə sinif yoldaşı olan qızı yaralayıb.
Teleqaf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, hadisə dərs zamanı baş verib. Güllə məktəbli qızı gözündən yaralayıb. Xəstəxanaya yerləşdirilən qız əməliyyat olunub. Tapançanın 13 yaşlı oğlanın babasına məxsus olduğu bildirilir. Hadisə təsadüf nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
Nihad