Rusiyanın Ermənistandakı aviabazasının zabitinin İrəvanda ölümünə səbəb kəskin ürək çatışmamazlığı ola bilər.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, 45 yaşlı mayor, Rusiyanın Ermənistandakı aviabazasına daxil olan hərbi hissələrdən birinin qərargah rəisinin müavini Viktor Yemelyanovun meyiti dünən İrəvandakı otellərdən birində tapılıb. Polisin məlumatına görə, o, oteldə müvəqqəti qeydiyyatda olub.
Nihad