Hindistanın şimal-şərqində, Banqladeşlə sərhəddə 5,5 bal gücündə zəlzələ olub.
Teleqraf.com rus mətbuatına istinadla xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Xəbərdə bildirilib ki yeraltı təkanlar Hindistanın Aical şəhərindən 78 kilometr cənubda yerli vaxtla saat 09:09-da qeydə alınıb. Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barəsində məlumat yoxdur.