“Türkiyənin təhlükəsizliyi ölkə sərhədlərindən deyil, Naxçıvan, Batumi, Balkanlar, Hələbdən başlayır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Keçiörən” metro stansiyasının açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyəyə yönəlik təhdidlərin qaynağı məhv edilməlidir: "Bunu bir dəqiqə belə unutmamalıyıq. Türkiyənin təhlükəsizliyi Qaziantepdə deyil Hələbdə, Hatayda deyil İdlibdə, Mərsində deyil Kiprdə, Qarsda deyil Naxçıvanda, Artvində deyil Batumida, Trakyada deyil Balkanlarda başlayır. Bunu yaddan çıxarmamalıyıq".
Prezidentin sözlərinə görə, Türkiyəni terror təşkilatları ilə diz çökdürməyə çalışırlar: “Bu gün Türkiyə 7 dövlətə qarşı dayanıb. Türkiyənin qarşısına çıxa bilməyənlər terror təşkilatları vasitəsilə arxadan xəncər saplamağa çalışırlar. Məlum oldu ki, bunların dərdi bölgəni İŞİD-dən təmizləmək deyil. Tam əksinə bölgəni bitib tükənməyən qan gölünə çevirmək istəyirlər. İŞİD, PKK, YPG, PYD, DHKP-C və FETÖ-nün bir-birindən heç bir fərqi yoxdur. Onsuz da onlar heç vaxt öz niyyətlərini gizlətmək ehtiyacı hiss etməyiblər”.
Nərgiz