Filippin prezidenti Rodriqo Duterte Rusiya donanmasına istənilən vaxt Filippin sahillərinə yan almağı təklif edib.
Teleqraf.com RİA Novostiyə istinadən xəbər verir ki, Duterte yanvarın 6-da Manilada Rusiya dəniz donanmasının “Admiral Tributs” adlı böyük sualtı qayığına baş çəkib.
“Biz rusiyalı dostlarımızı salamlayırıq. Oyunlar, ehtiyat götürmək və ya bizi qorumaq üçün müttəfiq kimi istənilən vaxt Filippin sahillərinə yan ala bilərsiniz”, Duterte rusiyalı admiral Eduard Mixaylovun əlini sıxaraq deyib.
Filippinin xarici işlər naziri Perfekto Yasay ötən ilin dekabrında Rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra müdafiə və təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığı genişləndirmək fikrində olduqlarını demişdi.