Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti və BMT-nin baş katibi Suriya və Kipr mövzusunu müzakirə ediblər.
Ərdoğan və Quterreş yaxın günlər üçün nəzərdə tutulmuş Cenevrədə Kipr üzrə danışıqları "önəmli fürsət" adlandırıblar.